Suriyanın yeni hakimiyyət orqanları ölkənin şimalında yerləşən PKK silahlılarından qeyd-şərtsiz silahı yerə qoymağı tələb edib.
Azpost.info bildirir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb.
Məlumatda deyilir ki, Dəməşqdə yeni hakimiyyət nümayəndələri ilə PKK arasında iki görüş baş tutub. Onlarda PKK və onun Suriya qolu olan PYD emissarları silahı yerə qoymaları müqabilində Suriya ordusunda diviziya və ya ordu korpusunun yaradılmasını, eyni zamanda Suriyanın şimalındakı neft yataqlarını bərabər bölünməsini tələb ediblər.
“Yeni hakimiyyət bu məsələni heç müzakirə etməyib, PKK-SNS-in qeyd-şərtsiz silahlarını yerə qoyması şərtini qoyub”deyə qəzet bildirir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 4-də deyib ki, PKK-nın silahı yerə qoymaqdan başqa çarəsi yoxdur. Onun sözlərinə görə, ya yaraqlılar silahlarını torpağa basdıracaqlar, ya da onlarla birlikdə basdırılacaqlar. “Üçüncü yol yoxdur”- Türkiyə lideri xəbərdarlıq edib.