AZ

Bu gün geomaqnit qasırğası olacaq

Günəşdə fəallığın artması səbəbi ilə 01 yanvarda geomaqnit qasırğası başlamış və G4 (şiddətli qasırğa) səviyyəsinədək yüksəlmişdir. Hal-hazırda geomaqnit sahəsinin fəallığını ifadə edən Kp indeksi 4-ə bəbabərdir və kosmik hava aktivdir. 

Bu barədə Gundem.az-a Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. 

Bildirilib ki, geomaqnit sahəsi - müsbət qütblü Yüksək Sürətli Tac Dəliyi Axınları 08 yanvaradək təsir göstərəcək.

Əlavə olaraq 06 yanvarda baş vermiş TKA-nın təsiri ilə gün ərzində G1-G2 səviyyəli geomaqnit qasırğasının olması ehtimalı var. 

Seçilən
22
11
gundem.az

10Mənbələr