AZ

Braziliyada prokuror ölkədə tətil edən keçmiş İsrail əsgərinin həbsinə order verib

Braziliyada prokuror ölkədə tətil edən keçmiş İsrail əsgərinin həbsinə order verib

Braziliya Federal Məhkəməsi Hind Rəcəb Vəqfinin (HRF) cinayət şikayəti əsasında ölkəyə turistik məqsədlə səfər edən İsrail əsgərini araşdırmaq qərarına gəlib.HRF-nin internet saytında verilən açıqlamaya görə, bir həftə əvvəl Braziliyaya turist kimi gələn İsrail əsgəri ilə bağlı fondun etdiyi şikayətlə bağlı Braziliya hökuməti hərəkətə keçib.Məhkəmə polisə adı açıqlanmayan İsrail əsgərinə qarşı istintaqa başlamaq üçün təcili göstəriş verib.Federal Məhkəmə Braziliya Cinayət Prosessual Məcəlləsinin 88-ci maddəsinə istinad edərək, polisdən prokurorun tələb etdiyi istintaq tədbirləri çərçivəsində təcili tədbirlər görməsini xahiş edib.HRF-nin cinayət işi üzrə şikayətində bu hərəkətlərin daha geniş səylərin bir hissəsi olduğu və beynəlxalq hüquqa əsasən soyqırım və insanlığa qarşı cinayətlər təşkil edildiyi bildirilib.Qeyd edilib ki, cinayət şikayəti çərçivəsində təqdim olunan dəlillər arasında sözügedən İsrail əsgərinin şəxsən partlayıcı yerləşdirdiyini və Qəzzada məhəllələrin dağıdılmasında iştirak etdiyini göstərən video görüntülər, coğrafi mövqe məlumatları və fotoşəkillər var.HRF Braziliya səlahiyyətlilərindən məhkəmənin istintaq qərarı çərçivəsində tez hərəkətə keçmələrini istəyib.Şübhəlinin bir an əvvəl tutulmasına çağıran HRF, sözügedən əsgərin Braziliyadan qaçması və dəlillərin məhv edilməsi risklərinə diqqət çəkib.

Seçilən
12
1
afn.az

2Mənbələr