AZ

Hindistanda metapnevmovirusa yoluxmalar qeydə alınıb

Hurriyyet.az xəbər verir ki, Hindistanın Tibbi Tədqiqatlar Şurası (ICMR) Karnataka ştatında iki insanın metapnevmovirusuna (HMPV) yoluxma faktını təsdiqləyib. Bu barədə "Hindustan Times" nəşri məlumat verib.

Hindistan Səhiyyə Nazirliyinin məlumatına görə, hər iki hal bronxopnevmoniya (bronxit və pnevmoniyanın simptom və əlamətlərini birləşdirən xəstəlik) ilə əlaqələndirilir.

Nazirlikdən verilən məlumata görə, xəstəxanaya yerləşdirilən iki körpəyə metapnevmovirus diaqnozu qoyulub. Diaqnozu bronxopnevmoniya olan üç aylıq qız uşağı müalicə olunduqdan sonra evə buraxılıb, səkkiz aylıq oğlanın isə müalicəsi davam edir.

İdarədən verilən məlumatda xəstələrin heç birinin ölkədən kənara səfər etmədiyi bildirilir. Hindistan Səhiyyə Nazirliyi HMPV virusunun bütün dünyada, o cümlədən Hindistanda aktiv şəkildə yayıldığını vurğulayıb.

Metapnevmovirus adətən yüngül və orta dərəcədə qripə bənzər simptomlar doğuran tənəffüs yolları virusdur. Ən çox yoluxmuş insanlarla və ya çirklənmiş səthlərlə təmas vasitəsilə keçir. Əsas simptomlara öskürək, burun axması, boğaz ağrısı, qızdırma və daha ciddi hallarda nəfəs almaqda çətinlik və pnevmoniya daxildir.

Dekabrın son həftəsində Çində insan metapnevmovirusunun epidemiyası qeydə alınıb. Çin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması İdarəsinin məlumatına görə, virus qripdən sonra ikinci ən çox yayılan virusa çevrilib və hər iki xəstəlik üzrə əvvəlki həftə ilə müqayisədə yoluxmaların sayında artım müşahidə olunub. Oktyabrın əvvəlindən Qazaxıstanda 30 nəfərdə  metapnevmovirusa yoluxma halı müəyyən edilib.

Böyük Britaniya, Qırğızıstan və Ukraynada da bu xəstəliyə yoluxma halları qeydə alınıb.

Hürr Tərcüman

 

Seçilən
48
hurriyyet.az

1Mənbələr