İran Prezidenti Məsud Pezeşkian yanvarın ortalarında Tacikistana, daha sonra Rusiyaya səfər etməyi planlaşdırır.
Viral.az xəbər verir ki, bu barədə IRNA agentliyinə Xarici İşlər Nazirliyinin baş müşaviri Mehdi Sənai bildirib.
Onun sözlərinə görə, Rusiya lideri Vladimir Putin və Tacikistan Prezidenti Emoməli Rəhmon ilə görüşlər zamanı bir sıra sənədlər imzalanacaq. Bütün müqavilələr İranın bu ölkələrlə əlaqələrini genişləndirməyə imkan verəcək.
Son Yazılar:
- Pezeşkian Tacikistan və Rusiyaya səfər edəcək
- Bu tarixlərdə Bakıda intensiv yağış yağacaq
- Təyyarə yerdən açılan atəş nəticəsində zədələnib
“O, Vladimir Putin və Emoməli Rəhmondan dəvət alıb və yanvarın ortalarında Tacikistan və Rusiyaya səfər edəcək”, – baş müşavir qeyd edib.