ATƏT Parlament Assambleyasının (PA) prezidenti Pia Kauma Gürcüstana səfərini təxirə salıb.
Modern.az xəbər verir ki, bu barədə Kauma “X” hesabında yazıb.
Gürcüstanın keçmiş Prezidenti Salome Zurabişvili Kaumanın bu addımını “çox müdrik qərar” adlandırıb.
Gürcüstanın üç müxalif koalisiyası - “Güclü Gürcüstan”, “Dəyişikliklər naminə” və “Birlik - Milli Hərəkat” partiyaları ATƏT PA sədrini ölkəyə səfərini təxirə salmağa çağırmışdılar.
Onlar iddia ediblər ki, Gürcüstan rəhbərliyi Kaumanın səfərindən öz legitimliyi üçün istifadə edəcək.
***
19:11/ 05.01.2024
ATƏT Parlament Assambleyasının (PA) prezidenti Pia Kaumanın rəhbərliyi ilə nümayəndə heyəti yanvarın 8-də Gürcüstana səfər edəcək.
Modern.az xəbər verir ki, yanvarın 10-dək davam edəcək səfər çərçivəsində ATƏT PA prezidenti Gürcüstanın Baş naziri, parlamentin sədri və digər rəsmi şəxslərlə görüşəcək.