2050-ci ilə qədər demək olar ki, 40 milyon insan patogen bakteriyaların antibiotik müqavimətinə görə ölə bilər.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti məlumat yayıb.
“Antibiotik müqavimətinin yayılması səbəbindən hər il təxminən 1 milyon insan ölür və növbəti 25 il ərzində bu rəqəm artacaq. Bu qorxuncdur”, - nəşr Böyük Britaniyanın keçmiş baş həkimi Salli Devisdən sitat gətirir.
Qəzet yazır ki, 2050-ci ilə qədər bakteriya müqavimətindən ölüm göstəriciləri iki dəfə artacaq, ümumi ölüm sayı 40 milyon olacaq.
Səbəb antibiotiklərin həm də qida sənayesində geniş istifadə olunmasıdır. Bunun da nəticəsində getdikcə daha çox bakteriya mutasiyaya uğrayaraq antibiotiklərə qarşı müqavimət inkişaf etdirir.