ATƏT Parlament Assambleyasının prezidenti Pia Kauma Gürcüstana səfərini təxirə saldığını bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib.
"Uzun müddət düşündükdən və geniş müzakirələrdən sonra Gürcüstana səfərimi təxirə salmağı qərara aldım", - P.Kauma yazıb.