Rusiyada hüquq-mühafizə orqanlarının əməkdaşları bir yaş yarımlıq oğlunu 1,5 milyon rubla satmaq istəyən 21 yaşlı gənci saxlayıblar.
Söz.az "vesti.ru"-ya istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, körpəsini satmaq istəyən ata iş başında yaxalanıb.
Körpə hazırda ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilib. Onun həyatı və sağlamlığı üçün təhlükə yoxdur.
Saxlanılan şəxsin həbsdən yeni çıxdığı bildirilib.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin yetkinlik yaşına çatmayanların köməksiz vəziyyətdə alveri maddəsi ilə cinayət işi başlanıb.
Hazırda hər iki valideynin valideynlik hüququndan məhrum edilməsi məsələsi həll edilir.