AZ

Mədəniyyət Nazirliyi ilə Beynəlxalq Türk Akademiyası arasında əməkdaşlıq müzakirə edildi

Mədəniyyət naziri Adil Kərimli Beynəlxalq Türk Akademiyasının (BTA, Astana şəhərində yerləşir) prezidenti akademik Şahin Mustafayevlə görüşüb.

Kulis.az xəbər verir ki, görüşdə tərəflər cari il üçün əməkdaşlıq planlarını müzakirə ediblər.

Şahin Mustafayev BTA-nın ötənilki fəaliyyəti haqqında məlumat verib, qurumun elmi tədqiqatlar, nəşrlər və Türk dünyasının mədəni irsinin təbliği sahəsində həyata keçirdiyi mühüm layihələrdən danışıb.

Görüşdə mədəni əlaqələrin möhkəmləndirilməsinə və hər iki tərəfi maraqlandıran beynəlxalq layihələrə dəstək verilməsinə yönəlmiş təşəbbüslər müzakirə olunub.

Seçilən
47
5
kulis.az

5Mənbələr