"Operativ Media"nın əldə etdiyi məlumata görə, müvafiq qurum tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci (İnzibati cərimə və ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi,
485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.
Hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.
Xatırladaq ki, sözügedən inzibati tənbehə görə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə cərimə edilir.
Məlumat üçün bildirək ki, Azərbaycanın ən iri inşaat şirkətlərindən olan "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" uzun müddətdir vergi borclarını ödəməkdə çətinlik çəkir. Şirkətin daha əvvəl yığılmış vergi borcunun miqdarı 15,3 milyon manatı ötüb. "Akkord"un indiyə qədər vergi borcunu ödəməməsinin səbəbi məlum deyil. Amma Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulub.
Xatırladaq ki, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC 2006-cı ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 83 259 750 manatdır. Şirkətin qanuni təmsilçisi isə Ayhan Keskinkılıcdır.