AZ

“Azərbaycan Dəmir Yolları” bayram günlərində 74 min sərnişinə xidmət edib

Qeyri-iş günlərində “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) qatarları Abşeron dairəvi dəmir yolu və rayonlararası istiqamətlər üzrə ümumilikdə 73 885 nəfər sərnişinə xidmət göstərib.

AzNews.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, bayram günlərində artan sərnişin tələbatı nəzərə alınaraq, Bakı–Qəbələ–Bakı marşrutu üzrə 8 əlavə reys təyin olunub, 2 239 nəfər sərnişin mənzil başına çatdırılıb.

Həmçinin gündəlik fəaliyyət göstərən Bakı–Ağstafa–Bakı marşrutu üzrə sərnişin tələbatının təmin olunması məqsədilə hər iki istiqamətdə ümumilikdə 14 əlavə reys təyin olunub, bayram günlərində müvafiq marşrutla 10 416 nəfər sərnişin daşınıb.

Bundan başqa, ADY yanvarın 3-dən Bakı–Balakən–Bakı marşrutu ilə gecə qatarlarının hərəkətini bərpa edib. Bu istiqamətdə ilk qatarın doluluq səviyyəsinin 90 %-dən çox olması həmin xətt üzrə sərnişindaşımaya yüksək tələbatın olduğunu göstərir. 3, 4 və 5 yanvarda bu marşrut üzrə 578 nəfər sərnişinə xidmət göstərilib.

Seçilən
17
19
aznews.az

10Mənbələr