AZ

Plastik əməliyyat üçün yaş həddi 14-ə endirildi

İranda estetik əməliyyatlara görə yaş həddi qızlar üçün 14, oğlanlar üçün isə 16 yaşa endirilib.

Publika.az xəbər verir ki, bu barədə İran Rinologiya Dərnəyinin İdarə Heyətinin üzvü İbrahim Rezmpa İSNA agentliyinə açıqlamasında bildirib.

“Elmi baxımdan bu yaş azalıb və qızlar 14, oğlanlar isə 16 yaşından əməliyyat oluna bilər”, - deyə o qeyd edib.

Daha əvvəl yaş məhdudiyyətinin 18 olduğuna diqqət çəkən Rezmpa, yaşla yanaşı böyümə, fiziki və psixoloji inkişafın, mənəvi və şəxsi yetkinliyin də təsirli olduğunu bildirib.

Plastik əməliyyatlarda nəzərəçarpacaq artım olduğunu deyən Rezmpa ölkədə aparılan plastik əməliyyatların sayı barədə məlumat verməyib.

Seçilən
37
3
publika.az

9Mənbələr