AZ

Naxçıvanda bayram tətili günlərində zəhərlənənlərin sayı açıqlandı

Bayram tətili günlərində (30.12.2024-06.01.2025-ci il tarixinə qədər) Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında ümumilikdə zəhərlənmə səbəbi ilə 38 müraciət daxil olub.

Bu barədə hakimiyyet.az-a Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyindən məlumat verilib.

Qeyd olunub ki, həmin müddətdə Naxçıvan şəhərində 18, muxtar respublikanın rayonlarında 20, ümumilikdə, 38 nəfərdə zəhərlənmə səbəbi ilə müraciət daxil olub.

Müraciət edənlər əsasən dəm qazı və qidadan zəhərlənənlər olub.

12:24

"Bayram tətili günlərində (30.12.2024-06.01.2025-ci il tarixinə qədər) Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 40 müraciət daxil olub".

Bu barədə hakimiyyet.az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin Mətbuat Xidmətinin katibi Ruzbeh Məmməd məlumat verib.

O bildirib ki, müraciət edənlərdən 14-ü alkoqol , beşi dərman, 10-u dəm qazı, beşi allergik reaksiya, ikisi botulizm, dördü isə sirkə turşusundan zəhərlənib.

"Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar", - deyə o qeyd edib.

Aləmdə Nəsib

Seçilən
62
4
hakimiyyet.az

6Mənbələr