Türkiyə Futbol Federasiyası VAR hakim ilə bağlı yeni qərar qəbul edib.Manset.az-ın əldə etdiyi məlumata görə, Türkiyə Futbol Federasiya İdarə heyətinin və Klublar birliyinin qərarına əsasən futbol oyunlarına “XARİCİ VAR HAKİM” təyin ediləcək. Bu barədə Manset.az-a açıqlamasında tanınmış jurnalist və qazeteci Murat Özbostan məlumat verib.
O, qeyd edib ki, bununla bağlı qərar növbəti həftə mediaya açıqlanacağı gözlənilir.