Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov rayona yeni bələdiyyə sədri gətirir...
Poliqon xəbər verir ki, bununla bağlı Alfa.tv-nin məlumatında bildirilir.
Məlumatda iddia olunur ki, Səbailin yeni bələdiyyə sədri Bəhram adlı biznesmen olacaq. Qeyd edilir ki, uzun müddət Bakıətrafı qəsəbə və kəndlərdə geniş fermer təsərrfatı quran bu şəxs, bu günə qədər Vüqar Zeynalovun bir sıra layihələrini maliyyələşdirib və bu layihələrə görə icra başçısı büdcədən xeyli vəsait xərcləyib.
Məlumata görə elə bu xidmətlərinə görə də, adıçəkilən biznesmenin Səbailə bələdiyyə sədri gətirməyə qərar verilib.
Həmçinin məlumatda qeyd eilir ki, Badamdarın indiki bələdiyyə sədri Təzəxan Məmmədov bu günədək icra başçısına "makler"lik xidməti göstərərək hektarlarla torpaq sahəsinin qeyri-qanuni şəkildə satılmasında aktiv iştirak edib, bu alqı-satqılardan yüz min manatlarla vəsait qazanılıb. Bu qanunsuz torpaq biznesinin üstü açıldığından Vüqar Zeynalov ortağı ilə yollarını ayırmaq niyyətindədir.
Poliqon.info