Laçın istiqamətində mövqelərimiz yenidən atəşə tutulub.
Leqal.info xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
"Yanvarın 6-sı saat 14:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan yenidən atəşə tutub", məlumatda deyilir.
Leqal.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta