Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanılan bir sıra keçmiş vəzifəli şəxslər, həbelə müxtəlif müddətə cəza alan iş adamları yeni il ərəfəsində cəzaçəkmə müəssisələrinə etap olunub.
Mia.az-ın məlumatına görə, bu barədə gununsesi.info-ya daxil olan xəbərdə deyilir ki, uzun müddət Müalicə Müəssisəsində saxlanılan keçmiş ordu birləşməsinin komandiri olmuş general-leytenant Rövşən Əkbərov, ləğv olunmuş MTN-nin sabiq idarə rəisi general-mayor Nizami Şirinov, həbsdəki sabiq icra başçılarından bir neçəsi və bir sıra məhkum olunmuş iş adamları Müalicə Müəssisəsindən çıxarılıb.