Avstriya prezidenti Alexander Van der Bellen ifrat sağçı Azadlıq Partiyasının lideri Herbert Kiklə yeni hökuməti qurmağı tapşırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Der Standard” məlumat yayıb.
Van der Bellen bu addımın onun üçün asan olmadığını vurğulayıb.
Avstriya prezidenti vurğulayıb ki, hökumət müəyyən fundamental prinsiplərə hörmət etməlidir. Bu prinsiplər arasında qanunun aliliyi, hakimiyyət bölgüsü, azlıqların hüquqları, azad və müstəqil media və ölkənin Aİ-yə üzvlüyü məsələləri var.
Müəllif: Arzu