AZ

Bundesliqada yeni texnologiya tətbiq olunacaq

Bakı. Trend:

Almaniya Bundesliqasında 2025/26 mövsümündən etibarən yenitexnologiya tətbiq ediləcək.

Trend xəbərverir ki, bu barədə Almaniya Futbol Federasiyasının HakimlərKomitəsinin sədri Knut Kirçer danışıb.

O, növbəti mövsümdən etibarən çempionatda yarımavtomatik ofsaydaşkarlama texnologiyasından (SAOT) istifadə edilməyəbaşlanılacağını bildirib.

Sözügedən sistemin məqsədi mübahisəli epizodlara tez və dəqiqşəkildə aydınlıq gətirməkdir.

Qeyd edək ki, yarıavtomatik ofsayd aşkarlama sistemi DÇ-2022-dətətbiq edilmişdi. Texnologiya artıq İngiltərə Premyer Liqasınıncari mövsümündə istifadə olunur.

Bu sistemə əsasən, stadionun damının altında quraşdırılan 12xüsusi kamera topun mövqeyini və hər bir oyunçunun bədənindəofsayda düşə biləcək bütün hissələri də daxil olmaqla 29 nöqtəniizləyir. İstifadə olunan topların içərisində xüsusi sensorquraşdırılır. Yeni texnologiya sayəsində video köməkçi hakimlərfutbolçuların komanda yoldaşının ötürməsi zamanı onun oyundankənarvəziyyətdə olması barədə avtomatik bildiriş alırlar.

Seçilən
43
az.trend.az

1Mənbələr