Almaniya milli mətbuatında yer alan xəbərlərə görə, Almaniyanın Maqdeburq şəhərində bir şəxs BMW markalı avtomobili Milad bazarında izdihamın üzərinə sürərək ən azı 400 metr məsafə qət edib.
İlkin məlumatlara görə, hücumda 5 nəfər həyatını itirib, 200-dən çox adam yaralanıb.
Hadisədən sonra Milad bazarı bağlanıb və insanlardan şəhərin mərkəzini tərk etmələri tələb olunub.
Saksoniya-Anhalt əyalətinin baş naziri Reiner Haseloff təcavüzkarın saxlanıldığını bildirərək, Səudiyyə Ərəbistanı əsilli hücumçunun Saksoniya-Anhalt əyalətində işləyən həkim olduğunu və 2006-cı ildən Almaniyada yaşadığını bildirib.
İstintaqlar davam edir, hücumçu haqqında daha əvvəl dəfələrlə məlumat verildiyi və onun adının 7 ayrı araşdırmada hallandırıldığı üzə çıxıb.