“Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.10-cu bəndinə əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin şəhər və rayon Elektrik şəbəkələri tərəfindən yaşayış evlərində məişət abonentlərinin istismarında olan hesablaşma elektrik sayğacları çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində quraşdırılır.
Bizim.Media xəbər verir ki, bu barədə Energetika Xidməti məlumat yayıb.
Bildirilib ki, görülən işlər abonentlərin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin işini asanlaşdıracaq, elektrik enerjisinin sərfiyyatının uçotunun daha dəqiq aparılmasına, həmçinin abonentlərin rahatlığına səbəb olacaq.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta