AZ

İranlı iş adamı İtaliyada saxlanıldı - Ölkələrarası münasibətlər pozula bilər

İranlı iş adamı Məhəmməd Abidininin Milanda həbs edilməsi ölkələrarası beynəlxalq gərginliyi artırıb.

7News.Az xarici mediaya istinadən xəbər verir ki, İran tərəfindən verilən açıqlamada ABŞ-nin tələbi ilə İtaliyada İran vətəndaşının həbsinin qaçırılma aktı olduğunu açıqlayıb. 

Keçən ay Milanda həbs edilən iranlı iş adamı Məhəmməd Abidini Vaşinqton İordaniyada ABŞ qüvvələrinə pilotsuz təyyarə hücumunda əli olmaqda şübhəli bilinərək axtarışa verib.
 
İran hücumda hər hansı əli olduğunu təkzib edib. Bu həbs İranda təxminən iki həftə əvvəl ölkədə işgüzar səfərdə olan italyan jurnalist Sesiliya Salanın həbsindən sonra baş verib.
 
Sala dekabrın 19-da jurnalist vizası ilə işləyərkən saxlanılıb. 
 
Abidini ABŞ-nin İordaniyada 3 ABŞ əsgərinin ölümünə səbəb olan hücumda istifadə edildiyi iddia edilən İHA hissələrini İrana satdığı səbəbilə Milan Malpensa hava limanında həbs edilib.

İtaliya Xarici İşlər Nazirliyi ötən həftə İran səfirini çağırıb və Salanın dərhal azad edilməsini tələb edib. Son illərdə İran təhlükəsizlik qüvvələri əsasən casusluqla bağlı ittihamlarla onlarla əcnəbi və ikili vətəndaşı həbs edib.
 
 

Seçilən
4
50
7news.az

10Mənbələr