91 nömrəli müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır.Bu barədə AYNA-dan bildirilib.
Paytaxtın Binəqədi rayonunun Nicat Mustafayev küçəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 91 nömrəli avtobusun müvəqqəti istismarçısına xəttin nizamlı fəaliyyəti və sərnişindaşıma qaydalarına riayət olunması ilə bağlı dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, lazımi tədbirlər görülməyib. Ötən həftə sözügedən marşrut üzrə fəaliyyət göstərən avtobusun zədələnmiş şüşə ilə idarə olunması da sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.
Bütün bunlar nəzərə alınaraq, AYNA tərəfindən 91 nömrəli müntəzəm avtobus marşrutu müsabiqəyə təqdim edilib.
www.anews.az