AZ

Kanadanın baş naziri Liberal Partiyasının lideri vəzifəsindən istefa verib

Kanadanın baş naziri Castin Trüdo Liberal Partiyasının lideri vəzifəsindən istefa verib.

“Report” "Reuters"ə istinadən xəbər verir ki, o, yeni lider seçilənə qədər səlahiyyətlərini icra edəcək.

Trüdo baş nazir postunda qalacaq.

Qeyd edək ki, o, ərzağın artan qiymətləri və ölkədəki mənzil böhranı səbəbindən deputatların etirazından sonra Kanadanın hakim partiyasının lideri vəzifəsindən istefa verdiyini açıqlayıb.

Seçilən
53
report.az

1Mənbələr