AZ

Polis fermerlərin Parisə daxil olmasına mane olub, etirazçılar qəzəblənib

Bakı. Trend:

Qəzəblənən kənd təsərrüfatı həmkarlar ittifaqları Baş nazirFransua Bayrou ilə görüşmək üçün yanvarın 13-nə qədər gözləməkniyyətində deyillər və qərarların mümkün qədər tez qəbul edilməsiniistəyirlər.

Trend xəbərverir ki, etiraz nümayişi üçün Parisə daxil olmaq istəyənfermerlərin traktor karvanı paytaxtın girişində bloklanıb.

Kənd Koordinasiyası (CR) rəhbər komitəsinin üzvü Sebastyen Ero(Sebastien Heraud) fermerləri Parisdə nümayiş etməyə, insanlaraqəzəblərini eşitdirməyə çağırıb. S. Ero traktor karvanını bloklamakvə fermerlərin etiraz nümayişlərini dayandırmaq üçün Daxili İşlərNazirliyi tərəfindən vertolyotlar və zirehli jandarm maşınlarından,eləcə də polis resurslarından istifadə edilməsini pisləyib.

Bildirib ki, nümayişçilər paytaxtın mərkəzindəki “Les Invalides”və ya “Le Trocadéro”ya çatmaq üçün bütün maneləri dəf edəcək. O,bir çox əyalətlərdən traktorların Parisə doğru hərəkətinə maneolmaq üçün milli avtomagistralların neytrallaşdırıldığınıdeyib.

S.Ero qeyd edib ki, fermerlərin istədiyi tək şey siyasətçilərləgörüşmək və qərarların mümkün qədər tez qəbul edilməsidir. KəndKonfederasiyası yeni Baş nazirin sələfləri kimi kənd təsərrüfatıməsələlərinə ikinci dərəcəli problem kimi baxdığını vurğulayıb.

Nümayişçilər fransız standartlarını Avropa standartlarınauyğunlaşdırmağı və nəzarəti dayandırmağı tələb edirlər.

Seçilən
65
4
az.trend.az

7Mənbələr