AZ

Azərbaycan millisinin futbolçusu "Turan Tovuz"a keçib

Bakı, 6 yanvar, AZƏRTAC

“Turan Tovuz” heyətini yeni oyunçu ilə gücləndirib.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, bölgə təmsilçisi Rəhim Sadıxovu transfer edib. 28 yaşlı yarımmüdafiəçi ilə 2026-2027-ci illər mövsümünün sonunadək müqavilə bağlanılıb. Son olaraq “Sumqayıt”da forma geyinən futbolçu, ölkəmizdə “Zirə”, Rusiyada “Solyaris”, “Spartak-2” və “Torpedo” klublarının şərəfini qoruyub.

Rəhim Sadıxov əsas milli komandamızın heyətində 9 oyunda meydana çıxıb.

Seçilən
52
7
azertag.az

10Mənbələr