AZ

Juninyonun sabiq komanda yoldaşı “Turan Tovuz”da

“Turan Tovuz” növbəti transferini rəsmiləşdirib.

İdman.biz xəbər verir ki, bunu Premyer Liqa təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Qərblilər Joarlem Batista Santosu heyətinə qatıblar. Braziliyalı hücumçu ilə 2,5 illik müqavilə imzalanıb. 29 yaşlı futbolçunun son klubu Portuqaliya təmsilçisi "Şaviş" olub.

Qeyd edək ki, ötən mövsüm Premyer Liqanın bombardiri olan Olavio Juninyo da “Şaviş”dən ölkəmizə transfer olunmuşdu. Braziliyalılar 2022-ci ilin əvvəlindən 2023-cü ilin yayına qədər komanda yoldaşı olublar.

İdman.biz

Seçilən
5
13
idman.biz

10Mənbələr