AZ

Rafiq Əliyevin qaynı oğlunu binadan atıb öldürdülər - Təfərrüat, Yenilənib

Bir neçə gün öncə Rusiyanın paytaxtı Moskvada azərbaycanlı gənc qətlə yetirilib...

Poliqon "Qafqazinfo"ya istinadən xəbər verir ki, 2004-ci il təvəllüdlü İlyas Müxalif oğlu Hüseynov evdə tək olarkən yaşadıqları çoxmərtəbəli binadan yerə atılıb. O, hadisə yerindəcə ölüb.

Qeyd edək ki, qətlə yetirilən şəxs "Azpetrol"un sabiq prezidenti Rafiq Əliyevin qaynı Müxalif Hüseynovun oğludur. Atası uzun illər Rusiyada hüquq-mühafizə orqanlarında çalışıb.

Mərhum bir neçə gün əvvəl Cəlilabad rayonunda torpağa tapşırılıb.

Onu da əlavə edək ki, Rafiq Əliyev sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşıdır.

***

Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlı gənc qətlə yetirilib..

"Report"un Muğan bürosunun məlumatına görə, 2004-ci il təvəllüdlü İlyas Hüseynov yaşadığı çoxmərtəbəli binadan yerə atılıb. O, hadisə yerində ölüb.

Mərhum Cəlilabad rayonunda torpağa tapşırılıb.

Poliqon.info

Seçilən
48
21
poliqon.info

10Mənbələr