AZ

Rusiyadan Moldovaya xəbərdarlıq: "Bu cür hərəkətlər cavabsız qalmayacaq"

Moldova hakimiyyətinin Dnestryanı problemlərini güc yolu ilə həll etmək cəhdləri cavabsız qalmayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Moldovadakı səfirliyi rəsmi "Telegram" kanalında müvafiq bəyanat dərc edərək xəbərdarlıq edib.

Diplomatik nümayəndəlik qeyd edib ki, Moldovada bəzi “qaynar başlar” Dnestryanı problemin güc yolu ilə həllinə çağırır.

"Biz dəfələrlə xəbərdarlıq etmişik ki, bu cür hərəkətlər cavabsız qalmayacaq", - bəyanatda vurğulanır.


Müəllif: Arzu
Seçilən
11
1
teleqraf.com

2Mənbələr