Şimali Koreya yanvarın 6-da yeni hipersəs ballistik raketinin buraxılışını həyata keçirib.
APA xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Məlumata görə, prosesi ölkə rəhbəri Kim Çen In da izləyib.
Onun sözlərinə görə, yeni hipersəs raketinin yaradılması hücum ideyaları deyil, özünümüdafiə məqsədi daşıyır.