AZ

Moldova “Qazprom”a olan borcunu qaytarmağa çağrıldı

Dnestryanı Respublikasının Xarici İşlər Nazirliyi Moldova hakimiyyətini “Moldovaqaz” müəssisəsinin Rusiyanın “Qazprom” konserni qarşısında borcunu ödəməyə çağırıb...

Poliqon bu barədə Dnestryanı Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Borca görə tanınmamış respublikaya qazın verilişinin dayandırıldığı dəqiqləşdirilir.

Xatırladaq ki, noyabrda Moldovanın baş naziri Dorin Recean bəyan etmişdi ki, ölkə istehlak etdiyi yanacağa görə “Qazprom”a olan 709 milyon dollar məbləğində borcunu ödəməyəcək.

Poliqon.info

Seçilən
8
poliqon.info

1Mənbələr