AZ

Çində baş verən zəlzələdə ölənlərin sayı artır

Bakı. Trend:

Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Rayonunda (TMR) başverən zəlzələ nəticəsində həlak olanların sayı 53 nəfərə çatıb, azı60 nəfərin yaralandığı deyilir.

Trend xəbər verirki, bu barədə “Hindustan Times” nəşri məlumat yayıb.

Məlumata görə, 6.8 bal gücündə zəlzələ baş verib və episentriEverest bölgəsinə şimaldan aparan yolun üzərində yerləşən Tinqrirayonu olub. Bundan əvvəl isə ABŞ Geoloji Xidməti Nepal sərhədiyaxınlığında TMR-də 7,1 bal gücündə zəlzələ qeydə alındığınıbildirmişdi.

Zəlzələ bundan başqa Nepalda, Butanda və Hindistanda binalarısilkələyib. Dağıntı və itkilər barədə məlumat verilmir.

Məqalədə:
Seçilən
34
az.trend.az

1Mənbələr