“Neftçi”nin sabiq futbolçusu Mark Tamaş yenidən karyerasını Rumıniyada davam etdirəcək.
Msport.az xəbər verir ki, bu barədə “Golazo.ro” nəşri məlumat yayıb.
31 yaşlı müdafiəçi “Sepsi”yə qayıdıb.
Qeyd edək ki, “Neftçi” yanvarın 4-də Mark Tamaşla müqaviləni qarşılıq razılıq əsasında ləğv etdiyini açıqlayıb. O, 2023-cü ilin iyulundan “ağ-qaralar”da çıxış edib. Müdafiəçi 2022/2023 mövsümündə də “Sebsi”nin uğurları üçün çalışıb. Oyun Bakı klubuna məhz bu komandadan keçmişdi.