Bayram günü qəzaya düşən şəxs ötən gün xəstəxanada vəfat edib.
"Unikal"ın məlumatına görə, 31.12.2024-cü il tarixdə saat 20:20 radələrində Salyan şəhəri ərazisində Ələt-Astara avtomobil yolunun 33-cü km-də Yenikənd-Salyan yolunun yolayrıcında Salyan şəhər sakini Əhmədov Hilal Rafət oğlu idarə etdiyi “Hyundai” markalı avtomobillə Salyan rayonu istiqamətində hərəkətdə olarkən avtomobilin idarəetməsini itirib yol-nəqliyyat hadisəsi törədib.
Nəticədə sərnişin R.Əhmədovu aldığı xəsarətdən 06.01.2025-ci il tarixdə Respublika Neyrocərrahiyyə Xəstəxanasında ölüb.
Faktla bağlı Salyan RPŞ-də cinayət işi başlanılıb.
Murad İbrahimli