AZ

Bayram günü qəzaya düşən şəxs xəstəxanada öldü

Bayram günü qəzaya düşən şəxs ötən gün xəstəxanada vəfat edib.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə 31.12.2024-cü il tarixdə saat 20:20 radələrində Salyan şəhəri ərazisində baş verib.

Belə ki, şəhər sakini Əhmədov Hilal Rafət oğlu idarə etdiyi “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən maşının idarəetməsini itirib və yol-nəqliyyat hadisəsi törədib.

Nəticədə sərnişin R.Əhmədov aldığı xəsarətdən 06.01.2025-ci il tarixdə Respublika Neyrocərrahiyyə Xəstəxanasında ölüb.

Faktla bağlı Salyan RPŞ-də cinayət işi başlanılıb.

Seçilən
28
2
avtosfer.az

3Mənbələr