AZ

Sumqayıtda qonşular arasında dava: Qadın dəmirlə döyüldü

Sumqayıtda qonşular arasında dava olub, qadın dəmirlə döyülüb.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, hadisə Xəzər bağları yaşayış massivində qeydə alınıb.

Səbəbi bilinməyən mübahisə zamanı 1983-cü il təvəllüdlü Mikayıl Nurəddin oğlu Şərifov qonşusu 1958-ci il təvəllüdlü Mehparə İmanqulu qızı Ələkbərovaya dəmir parçası ilə xəsarət yetirib. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Seçilən
64
11
konkret.az

10Mənbələr