AZ

Venesuela Paraqvayla diplomatik əlaqələri kəsdi


Venesuela Paraqvayla diplomatik əlaqələri kəsib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Venesuela Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, müvafiq qərar Paraqvay Prezidenti Santyaqo Penyanın Venesuelanın hazırkı lideri Nikolas Maduronun seçkilərdəki qələbəsini tanımayan bəyanatları ilə əlaqədar qəbul edilib.
“Bununla əlaqədar olaraq, Venesuela Respublikası öz suverenliyini tam şəkildə həyata keçirərək Paraqvay Respublikası ilə diplomatik əlaqələri kəsmək və bu ölkədə akkreditə olunmuş diplomatik heyətini dərhal geri çağırmaq qərarına gəlib”, – Venesuela Xarici İşlər Nazirliyi bildirib.
Seçilən
32
yeniavaz.com

1Mənbələr