AZ

Donald Trampın xüsusi nümayəndəsi Ukraynaya gəlmədi

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukraynadakı müharibə üzrə xüsusi nümayəndəsi, general Keyt Kelloq Kiyevə və digər Avropa paytaxtlarına planlaşdırılan səfərini yanvarın 20-də Trampın andiçmə mərasimindən sonraya təxirə salıb.

Editor.az bildirir ki, bu barədə “Reuters” məlumatlı mənbələrə istinadən yazıb. Nəşrin əvvəllər xəbər verdiyi kimi, Kelloq ilkin olaraq yanvarın əvvəlində Ukrayna hakimiyyəti ilə görüşmək üçün Kiyevə səfər etməyi planlaşdırırdı. Onun komandası həmçinin Roma və Paris də daxil olmaqla, digər Avropa paytaxtlarında rəsmilərlə görüşlər keçirməli idi.

Lakin 5 noyabr seçkilərindən sonra yeni Tramp administrasiyasının rəsmilərinin Kiyevə ilk səfəri olacaq səfərin indi təxirə salındığı, Kelloqun Trampın vəzifəyə başlamasından sonra Ukraynaya gedəcəyi gözlənilir, baxmayaraq ki, tarix hələ müəyyən edilməyib. Kelloqun səfəri niyə təxirə saldığı hələ aydın deyil.

//Samir Qurbanov, Editor.az

Seçilən
7
1
editor.az

2Mənbələr