Qış fasiləsindən maksimum faydalanmağa çalışan “Araz-Naxçıvan” bu gündən təlim-məşq toplanışına başlayıb.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırlıq prosesində istirahətlə əlaqədar ölkəsinə yollanmış legionerlər də iştirak edir.
Yanvarın 12-dək davam edəcək hazırlıq prosesi zamanı futbolçular gün ərzində 2 məşq keçəcəklər. Səhər fitnes zalda çalışacaq komanda üzvləri ikinci hazırlığı stadionda reallaşdıracaq.
Qeyd edək ki, komanda hazırlıq prosesi çərçivəsində 2 yoxlama oyunu keçirəcək. Yanvarın 9-da, saat 15:00-da “Kapital Bank Arena”da “Sumqayıt”la üz-üzə gələcək “qırmızı-ağlar” 2 gün sonra “Səbail”lə gücünü sınayacaq. İkinci matçın məkanı və başlama saatı barədə əlavə məlumat veriləcək.
Toral Bayramov ən yaxşı adına layiq görülüb
“Səbail” ilk transferini reallaşdırıb
Hüseyn Məhəmmədov: "Samir Abasov futbolçularını lazımi səviyyədə hazırlayacaq"
Kikboksinq federasiyasında skandal: vitse-prezident saxlanılıb
“Turan Tovuz"un yoxlama görüşünün vaxtı bəlli olub