Sea Breeze

Əhməd Əhmədzadə “Şərəf” ordeni ilə təltif edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla Ə.Əhmədzadə Azərbaycanda dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə adıçəkilən “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Ə.Əhmədzadə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədridir. O, 2006–2021-ci illərdə bu vəzifəni icra edib.

Bu gün Ə.Əhmədzadə 80 illik yubileyini qeyd edir.

ETX
ETX
ETX