“Barselona” rəhbərliyi iki oyunçu ilə bağlı problemi yoluna qoymağı bacarmayıb. İspaniya klubu 2024/25 mövsümünün ikinci hissəsi üçün yarımmüdafiəçilər Daniel Olmo ilə Pau Viktoru qeydiyyatdan keçirə bilməyib.
"Football-plus.az" xəbər verir ki, “Barselona” bu futbolçulara yeni lisenziya almaq üçün sifariş ərizəsi təqdim etdiyi İspaniya Kral Futbol Federasiyasından mənfi cavab alıb. Qeyd edək ki, daha əvvəl La Liqa maliyyə problemləri səbəbindən Olmonu qeydiyyatdan keçirməkdən imtina etmişdi. “Barselona” bu vəziyyətdən çıxış yolları axtarmağa davam edir. Olmonun müqaviləsində belə bir bənd var ki, klub onu mövsümün ikinci hissəsi üçün qeydiyyatdan keçirə bilməsə, oyunçu azad agent olacaq.
Daniel ötən yay “Leyptsiq”dən alınıb. Kataliniya klubu Olmo ilə “Jirona”dan gələn Viktoru yalnız 2024-cü ilin sonuna kimi qeydiyyatdan keçirə bilmişdi. Olmo altı ay ərzində bütün yarışlarda 15 oyun keçirib, 6 qol vurub və 1 məhsuldar ötürmə verib. Viktor isə 17 oyunda 2 qol vurub və 1 qolun ötürməsini verib.
Maraqlıdı ki, “Barselona” hər iki oyunçunun adını İspaniya Superkuboku matçları üçün sifariş ərizəsinə daxil edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta