Rusiyanın Samara şəhəri yaxınlığında baş verən avtomobil qəzasında xəsarət alan altı Qazaxıstan vətəndaşı, o cümlədən iki uşaq bu gün 6 təcili yardım maşını ilə Uralsk tibb müəssisələrinə aparılıb.
Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Xəsarət almış daha bir qazaxıstanlı isə Fövqəladə Hallar Departamentinin briqadası tərəfindən çatdırılıb.
Rusiya ərazisində qazaxıstanlı vətəndaşların iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat alındıqdan sonra altı təcili yardım briqadası operativ surətdə hadisə yerinə göndərilib.
Səhiyyə Nazirliyindən bildirilib ki, xəsarət alanlardan 5 nəfəri Uralsk şəhər çoxprofilli xəstəxanasına, iki uşaq isə çoxprofilli uşaq xəstəxanasına yerləşdirilib və onlara hərtərəfli tibbi yardım göstərilir.