Bakı. Trend:
Vergi Məcəlləsində investisiya mühitinin və sahibkarlıqfəaliyyətinin təşviqi, eləcə də sahibkarlıq subyektlərinin vergiyükünün azaldılması məqsədilə dəyişiklik edilib, qeyri-rezidentindaimi nümayəndəliyinin xalis mənfəətindən ödəmə mənbəyində tutulanverginin dərəcəsi azaldılıb.
Bu barədə Trend Dövlət Vergi Xidmətinə istinadən xəbərverir.
Qeyd olunub ki, ötən il dividendlər üzrə ödəmə mənbəyində vergidərəcəsi 10 faizdən 5 faizə endirilib, dövlət və yerliözünüidarəetmə orqanlarının, büdcə təşkilatlarının, dövlətinadından yaradılan publik hüquqi şəxslərin dividend gəlirlərinə görəvergi azadolması 5 faizlik dərəcə ilə əvəz olunub: “Bu qərarölkəmizin regionda əlverişli investisiya mühitinə malik ölkəyəçevrilməsi prosesinin sürətləndirilməsi, kapital bazarlarındasəhmlərə investisiya cəlbinin təşviqi, kapital bazarı iştirakçısıolmayan investorlar üçün sabit və aşağı dərəcəli vergi mühitininformalaşdırılması məqsədi daşıyıb.
Bu ildən qüvvəyə minən dəyişikliklərə görə isə, rezident vergiödəyiciləri ilə bərabər iqtisadi şəraitin yaradılması məqsədilə,qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən həminqeyri-rezidentə köçürülən məbləğdən ödəmə mənbəyində tutulanverginin dərəcəsi 10 faizdən 5 faizə endirilib”.