Bakı. Trend:
İndiyədək 188 mikro və kiçik sahibkarlıq subyekti “Startap”şəhadətnaməsi almaqla vergi güzəştlərindən faydalanıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindəndaha 6 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 188-əçatıb.
“Startap” şəhadətnamələri "Sampler" MMC-nin şirkətlər üçünödənişsiz məhsul nümunələrinin potensial alıcılara çatdırmaq üçünonlayn marketinq platforması, “Professor Rahimov Academic MedicalCenter” MMC-nin tibb müəssisələrinin işinin ekoloji standartlarauyğun təşkili və idarə edilməsi üçün proqram təminatı, fərdisahibkar Aytac Mütəllimovanın əl baqajlarının saxlanılması üçünözünəxidmət köşkləri, "Vita Travel" MMC-nin sanatoriya və sağlamlıqotellərinin rezervasiyası üçün onlayn platforma, "Suber" MMC-niniçməli su sifarişi üçün mobil tətbiq, "Buylink" MMC-nin rəqəmsaltövsiyə proqramları üçün marketinq tətbiqi layihələri üçün təqdimedilib.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnamənialdıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldəetdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinəazad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıqsubyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edəbilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər,eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakılinkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi