AZ

2025-ci ilin artımları nə zaman veriləcək? –Millət vəkili açıqladı

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

2025-ci ilin sosial paketinin icrasına start verilib. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" sərəncamına uyğun olaraq bu aydan bır sıra artımlar qüvvəyə minib.

Banco.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat nəzərə çatdırıb ki, Azərbaycanda 3 milyon vətəndaşımızı əhatə edəcək sosial paketinin əsas elementlərindən biri də məhz maaş artımlarıdır ki, Azərbaycan Prezidentinin imzaladığı sərəncama uyğun olaraq bu aydan ölkədə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata çatdırılıb. Bu o deməkdir, bu aydan etibarən həm dövlət, həm də özəl sektorda 400 manatdan az maaş vermək mümkün olmayacaq. Yəni, minimum əmək haqqı alan vətəndaşlarımız yanvar ayı üçün maaşlarını 16 faiz artımla alacaqlar:

"Minimum əmək haqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək. Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da təxminən bir ay müddətində bu Sərəncama uyğunlaşdırılacaq və artırılacaq. Sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin də əmək haqqları artacaq. Bu artımlar isə Nazirlər Kabineti tərəfindən qərar imzalandıqdan sonra ödəniləcək"

V.Bayramov qeyd edib ki, mövcud qanunvericiliyə əsasən, pensiyalar hər il yanvar ayında əvvəlki ildə orta aylıq əmək haqqında artım faizinə uyğun olaraq indeksasiya olunaraq artırılır. Hələlik dəqiq artım faizi bəlli olmasa da artımlar məhz bu aydan hesablanır. 2024-cü ilin ilk 10 ayının yekunlarına əsasən, ölkə üzrə orta aylıq əmək haqqı təxminən 8 faiz artıb. Dəqiq rəsmi göstərici isə gələn ayın əvvəllərində elan ediləcək:

"Artımlar yanvar ayından hesablandığı üçün artımların nə zaman ödəniləcəyi ilə bağlı suallar ünvanlanmaqdadır. Qeyd edək ki, 2024-cü ildə orta aylıq əmək haqqında artımla bağlı rəsmi statistika fevral ayının ilk 10 günündə bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılacaq. Pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Deməli, pensiyaçılar artımları gələn aydan etibarən alacaqlar. Amma yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə əlavə olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
8
49
banco.az

10Mənbələr