AZ

Fransaya casusluqda təqsirləndirilən Martin Ryana ittiham aktı elan olunub

Bakı. Trend:

Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Ryan vədövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsindəAzərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılancinayət işi üzrə məhkəmə prosesi davam edib.

Trend xəbərverir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovunsədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin hərbirinə hüquqları izah edilib.

Martin Ryan müdafiəçi və tərcüməçi ilə təmin edilib.

Açıq məhkəmə prosesində yerli va xarici media nümayəndələri,xarici səfirliklərin əməkdaşları iştirak ediblər.

Məhkəmə istintaqı açıq elan edilib. Dövlət ittihamçısı ittihamaktını elan edib.

İttiham aktına görə, Martin Ryanın Azərbaycan Respublikasındaistehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətənmüharibəsi zamanı Azərbaycan ordusunun komplektləşdirilməsi,Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyataburaxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdəfransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyətgöstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusixidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrəgizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya,Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiyadövlətləri ilə Azərbaycan arasında münasibət və əlaqələr, hərbiəməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədəməlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və buistiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.

Təqsirləndirilən Martin Ryan eyni zamanda bəzi xaricidövlətlərin Azərbaycandakı səfirliklərində işləmiş şəxslərləməqsədyönlü şəxsi münasibət qurub məlumatlar alaraq xarici xüsusixidmət orqanına ötürməkdə şübhəli bilinir.

İttiham aktında qeyd olunub ki, təqsirləndirilən Martin RyanAzad Məmmədlini Səbail rayonunda kirayə yaşadığı evdə və həminərazidə yerləşən restoranların birində Fransanın xüsusi xidmətorqanları əməkdaşları ilə görüşdürüb.

Azad Məmmədliyə görəcəyi işlərin qarşılığında xarici vətəndaşlıqvəd olunub.

Təqsirləndirilən şəxslər - Martin Ryan və Azad Məmmədliyə qarşıirəli sürülən ittihamlar təsdiqini taparsa, onları 12 ildən 20ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

Açıq məhkəmə prosesində təqsirləndirilən Martin Ryan cinayət işiüzrə özünü qismən təqsirli bildiyini deyib və bunu sübuta yetirəcəkdəlillərinin mövcudluğunu qeyd edib.

Növbəti məhkəmə prosesi fevralın 19-na təyin edilib. Növbətiprosesdə təqsirləndirilən şəxslər ifadə verəcək.

Qeyd edək ki, Martin Ryan və digərləri 2023-cü il dekabrın 4-dəhəbs olunub. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryanaqarşı casusluq ittihamı irəli sürülüb.

İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən,sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuşFransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşlarıtərəfindən agent-casus kimi istifadə edilib.

Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, AzərbaycanRespublikasının vətəndaşı Azad Məmmədlinin “dövlətə xəyanət”ittihamı ilə mühakimə olunacağı bəlli olub.

Məlum olduğu kimi, geniş casus şəbəkəsinin ifşasından və xidmətiuğursuzluqlardan sonra 2023-cü il dekabr ayının 20-də Fransa XariciTəhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emye həminvəzifəsindən azad edilib.

Seçilən
11
20
az.trend.az

10Mənbələr