Çin rəhbərliyi ölkənin Şiqadze şəhərində baş verən güclü zəlzələdən sonra fövqəladə vəziyyət rejimi tətbiq edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Xinhua” agentliyi yayıb.
Bildirilib ki, hadisə ilə əlaqədar 4 dərəcəli sistemdən ikinci dərəcəli fövqəladə vəziyyət rejimi elan olunub.
Xatırladaq ki, ən son məlumata görə, təbii fəlakət zamanı 63 nəfər həlak olub, daha 62 nəfər isə yaralanıb.