Çində 53 nəfərin həyatına son qoyan 6,8 maqnitudalı zəlzələdən sonra fövqəladə vəziyyət rejimi tətbiq edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.
Ölkə rəhbərliyi regiona 22 min ədəd zəruri ləvazimat və 1500-dən çox xilasedici göndərib.
Xatırladaq ki, Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Rayonunda (TMR) baş verən güclü zəlzələ nəticəsində 53 nəfər həlak olub, 62 nəfər yaralanıb.