Rejissor Azər Quliyevin “Sanki yoxsan” qısametrajlı bədii filmi ötən il uğurlu festival həyatı yaşayıb.
Kulis.az xəbər verir ki, bu ekran əsəri beynəlxalq festivalların müsabiqə proqramında nümayiş olunub.
Belə ki, ekran işi may ayında 77-ci Kann Beynəlxalq Film Festivalının (Fransa) qısametrajlı filmlər müsabiqəsində nümayiş olunub, qonaqlar və kino tənqidçiləri tərəfindən maraqla qarşılanıb. Film daha sonra avqust ayında 30-cu Sarayevo Film Festivalının (Bosniya və Herseqovina) əsas proqramında nümayiş etdirilib.
Filmin rejissoru və ssenari müəllifi (Nicat Muxtarovla birgə) Azər Quliyevdir. Rollarda Milana Həsənova, Oktay Mehdiyev və Elşən Məmmədov çəkiliblər.